Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Gürcüstanda yanacağın qiyməti yenidən artıb.
AZƏRTAC xəbər verir ki, son üç gün ərzində bəzi yanacaqdoldurma məntəqələrində benzinin və dizel yanacağının qiyməti mərhələli şəkildə artaraq 5 lariyə çatıb.
Yalnız sentyabr ayı ərzində benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri yüksəlib. Avqust-sentyabr aylarında isə benzinin qiyməti 42 tetriyədək, dizel yanacağının qiyməti 91 tetriyədək artıb.
Hazırda bəzi yacaqdoldurma məntəqələrində benzinin litri 4.87, dizel yanacağı isə 4.99 lariyə satılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi