Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

17.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərir. Bu, yeni məktəblərin inşasında, bəzilərinin əsaslı təmir olunmasında, yeni idman komplekslərinin, uşaq bağçalarının tikintisində də aydın görünür. Azərbaycanın Elm və Təhsil Nazirliyinin Gürcüstandakı azərbaycandilli məktəbləri “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə təmin etməsi də bu qayğının davamı kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a müsahibəsidə Marneuli rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Adilə İsmayılova deyib.

O bildirib ki, 30 ilə yaxındır, Azərbaycan dövləti soydaşlarımızı belə dərsliklərlə təmin edir. Bu da azərbaycandilli məktəblərdə təhsil alan uşaqlar üçün çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, məktblilərimizin gürcü dili ilə yanaşı, ana dilini öyrənmələrinə müsbət təsir göstərir.

“Hesab edirəm ki, bu həm də iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına xidmət edir”, - deyə o vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью