Gürcüstanda yaşayış binasının həyətində torpaq sürüşməsi baş verib

10.07.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 10 iyul, AZƏRTAC

Gürcüstanın Bağdati bələdiyyəsinin ərazisində yaşayış binalarından birinin həyətində torpaq sürüşməsi olub. Bununla əlaqədar 19 ailə təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bağdati bələdiyyəsinin meriyası məlumat yayıb.

Bildirilib ki, sakinlərin təxliyəsi binanın dəmir-beton istinad divarlarının və drenaj sisteminin tikintisi zamanı həyətyanı sahədə torpaq qatının çökməsi ilə əlaqədar həyata keçirilib. Onlar kirayə evlərə köçürülübər. Çökmə və sürüşmə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, binanın dayanıqlığının yoxlanılması məqsədilə geoloji kəşfiyyat işləri aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью