Gürcüstanda yenə işıqlar sönüb

25.07.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.

“Qafqazinfo” “Bm.ge” portalına istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb. 

TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb. 

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью