Gürcüstanda yeni seçkilərdən söhbət gedə bilməz Baş nazir | Icma.az
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Gürcüstanda yeni seçkilərdən söhbət gedə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, seçkilərdə gürcü xalqının öz iradəsini çox aydın ifadə etdiyini bildirib. “Biz bu seçkilərdə çox böyük fərqlə qələbə qazanmışıq.
Bizim nəticəmizlə ikinci yeri tutmuş partiyanın nəticəsi arasında təxminən beş dəfə fərq var”, - İ.Kobaxidze söyləyib.
Baş nazir həmçinin söyləyib ki, ölkə müxalifəti bu gün intihar vəziyyətindədir və tamamilə gücsüzdür.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu