Gürcüstanda Zelenkini təlxək adlandırdılar

12.12.2024

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri, hakim "Gürcü arzusu" partiyasının üzvü Tea Sulukiani Ukrayna Prezidenti Vladimir Zelenskini "təlxək" adlandırıb.
Tea Sulukianinin adı Ukraynanın "demokratiyadan uzaqlaşdığı üçün" sanksiya tətbiq elədiyini bildirdiyi, 19 gürcü məmurun adının qeyd edildiyi siyahıdadır.
Tea Sulukiani "İmedi" teleşirkətinə müsahibəsində "cənab Zelenskinin sanksiyalarına baxmayaraq, özünü çox gözəl hiss elədiyini" söyləyib.
Gürcüstan parlamentinin vitse-spikeri deyib: "Təlxəklər mənim üçün qırx il bundan əvvəl maraqlı idilər. İndi təlxəklər mənə maraqlı deyillər".
ABŞ və Aİ-nin gürcü məmurlara qarşı sanskiyalar tətbiq etməsinin mümkünlüyü ilə əlaqədar deyib: "Əsas odur, xalq ilə dövlət zərər çəkməsinlər".
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью