Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

12.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 12 iyun, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının kollektivi 2025-ci ildə 10 tamaşa hazırlayıb. Bunlardan ikisi yeni tamaşa olub və ilk dəfə nümayiş etdirilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində teatrın direktoru Turqay Vəlizadə deyib.

Direktor bildirib ki, kollektiv əsasən Azərbaycan, Gürcüstan və Türkiyə dramaturqlarının əsərlərinin motivləri əsasında tamaşalar hazırlayıblar.

“Kollektiv keçən il bir dəfə Türkiyədə, 5 dəfə isə Gürcüstanın bölgələrində qastrol səfərlərində olub. Onun sözlərinə görə, tamaşaların azlığı əsasən teatr binasında əlverişsiz şəraitlə bağlıdır: “Hazırda Tbilisinin mərkəzində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisi gedir. Bina istifadəyə verildikdən sonra daha çox tamaşalar hazırlanacaq” – deyə, direktor bildirib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə Gürcüstanda 53 peşəkar teatr fəaliyyət göstərib. Teatrların əksəriyyəti, yəni 54,7 faizi Tbilisidə, 13,2 faizi İmeretidə, qalan 32,1 faizi isə digər bölgələrdə fəaliyyət göstərib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью