Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24-ü və 25-də ölkə ərazisində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar təxribat maddəsi əsasında cinayət işi başladıb.
Moderator.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda qeyd olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektin fəaliyyətinə mane olma, zədələnmə və ya məhv edilməsini nəzərdə tutan 318-ci maddəsi üzrə aparılır.
Elektrik enerjisinin genişmiqyaslı şəkildə kəsilməsi iyulun 25-i səhər saatlarında, yerli vaxtla təqribən 08:00-da qeydə alınıb. Yaranmış problem paytaxtla yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib.
İyulun 24-nə keçən gecə isə Tbilisi, Batumi, Kutaisi və digər böyük şəhərlər də daxil olmaqla, Gürcüstanın demək olar ki, bütün ərazisi işıqsız qalıb. İlkin məlumatlara görə, kütləvi qaranlığa səbəb enerji şəbəkələrində baş verən irimiqyaslı qəza olub. Eyni zamanda, bəzi operatorların mobil rabitə xidmətlərində də problemlər müşahidə edilib.