Gürcüstandakı etirazların məqsədi dövlət çevrilişi idi Kaladze

05.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Tbilisi meri və hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze respublikada keçirilən etiraz aksiyalarının məqsədinin dövlət çevrilişi olduğunu bildirib.Bu barədə "Sputnik Georgia” məlumat yayıb.

"Bütün hərəkətlər xarici qüvvələr tərəfindən planlaşdırılan və həyata keçirilən ssenarinin tərkib hissəsi idi. Məqsəd, açıq-aydın, çevriliş idi”, - Kaladze deyib.

Onun sözlərinə görə, aksiyalarla bağlı təşkilatlarda və siyasi partiyalarda axtarışlar aparılıb. Nəticədə aksiyalar zamanı istifadə olunmuş çoxlu sayda molotov kokteyli, pirotexniki vasitələr və digər əşyalar müsadirə edilib.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью