Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu Rusiya açıqladı

02.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Rusiya Federal Şurasının sədr müavini Konstantin Kosaçev Aİ-nin xarici siyasət xidmətlərini Gürcüstanda iğtişaşların təhrikçisi olmaqda ittiham edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o qeyd edib ki, Aİ-nin yeni xarici siyasət rəhbəri Kaya Kallas açıq şəkildə etirazları qanuni adlandırandan az sonra Gürcüstan polisinə ilk molotov kokteyli atılıb.

“Mən birbaşa əlaqə görürəm. Təhrikçi Aİ-nin xarici siyasət xidmətidir. Yadımdadır, 2020-ci ildə Amerika seçkilərinin nəticəsindən narazı olan Tramp tərəfdarları Konqresə basqın edəndə oxşar “vətəndaşın etiraz hüququ” haqqında necə susdular. Gürcüstan parlamentini dağıtmaq "tamamilə fərqli şeydir", - deyə Kosaçev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı nəhayət ki, iqtisadi birlikdən hərbi meylli aqressiv siyasi bloka çevrilib.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью