Gürcüstandan 1,3 milyard dollarlıq aqrar ərzaq məhsulları ixrac edilib

10.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

2026-cı il avqustun 31-dək Gürcüstandan 1,3 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac edilib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, sözügedən göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Ötən ilin analoji dövründə Gürcüstandan 1,1 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac olunub.

2026-cı il avqustun 31-nə olan məlumata əsasən, əsas ixrac məhsulları spirtli içkilər, təbii üzüm şərabları, alkoqolsuz içkilər, fındıq, qaragilə, çəyirdəkli meyvələr, dəfnə yarpağı və digər məhsullardır.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью