Gürcüstandan 46 Azərbaycan vətəndaşı deportasiya edildi

20.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Bu il Gürcüstandan 46 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Yanvar-mart aylarında qonşu ölkədən 5, aprel-iyun aylarında 23, iyul-sentyabr aylarında isə 18 Azərbaycan vətəndaşı çıxarılıb.
Gürcüstandan ən çox deportasiya edilmiş əcnəbilər arasında Azərbaycan vətəndaşları ilk yerdədir.
Qonşu ölkədən ümumilikdə 243 əcnəbi çıxarılıb. Onların arasında İran (31 nəfər), Türkiyə (23 nəfər), Hindistan (22 nəfər), İraq (20 nəfər) və digər ölkələrin vətəndaşları da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью