Gürcüstandan 84 əcnəbi deportasiya olunub

21.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

XQ xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarıdır.

Gürcüstanın qanunvericiliyinə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью