Gürcüstandan Azərbaycana pul köçürmələri 53% dən çox artıb

24.06.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 10 milyon 323 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 583 min dollar və ya 53,2% çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 6 milyon 740 min dollara bərabər olub. 

3 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3,5% təşkil edib.

Qeyd edək ki, eyni dövrdə Azərbaycandan Gürcüstana pul köçürmələri isə 1,4 milyon dollar və ya 19,8% azalaraq 5,6 milyon dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью