Gürcüstandan Azərbaycana pul köçürmələri cüzi azalıb

19.12.2024

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 26 milyon 574 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır. Ötən ilin eyni dövründə bu məbləğ 26 milyon 789 min dollara bərabər olub. 

Qeyd edək ki, 9 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3,1% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью