Gürcüstandan Azərbaycana yeni yol çəkiləcək

21.10.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanda Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsindən Azərbaycan sərhədindəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” məntəqələrinədək fasiləsiz dördzolaqlı avtomagistralın tikintisi planlaşdırılır.

Modern.az Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, həmin istiqamətlər üzrə dördzolaqlı magistralın 2030-cu ilədək hazır olması nəzərdə tutulur. Ölkədə bütün avtomagistralların tikintisinin isə 2031-ci ilin sonunadək tamamlanması hədəflənir.

Kobaxidze qeyd edib ki, magistral Tbilisidən yan keçəcək. Bu, sərhəd məntəqələri arasında nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, paytaxtda nəqliyyat yükünü də azaldacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью