Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb

04.08.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib.

Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrdən olan ümumilikdə 55 əcnəbi Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью