Gürcüstandan Rusiyaya gedən yol bağlanıb AZƏRTAC

26.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, yolun bağlanmasına əlverişsiz hava şəraiti səbəb olub. Əraziyə intensiv qar yağıb, yollar buz bağlayıb.

Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur. Sərhəd-keçid məntəqəsində Türkiyə, Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstana məxsus avtomobillər də var.

Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Yolun nə vaxt açılacağı hələlik məlum deyil.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью