Gürcüstanın AB yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı

20.07.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim kimi tanımaması səbəbindən dayandırılıb .

Axar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.

"Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək", - bəyanatda vurğulanıb.

Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью