Gürcüstanın AB yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı

20.07.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim kimi tanımaması səbəbindən dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.

"Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək", - bəyanatda vurğulanıb.

Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью