Gürcüstanın Acarıstan bölgəsində torpaq sürüşməsi baş verib AZƏRTAC

20.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 20 dekabr, AZƏRTAC

Güclü yağışlar və qar Gürcüstanın Acarıstan bölgəsində ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, güclü leysan yağışları nəticəsində Acarıstanın Şuaxevi bələdiyyəsinin mərkəzi avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Xulo, Şuaxevi, Keda və Xelvaçuri bələdiyyələri ərazilərində xüsusi texnikalar yolun bərpası işlərinə cəlb olunub.

Bundan başqa, yolların qardan təmizlənməsi işləri də aparılır.

Magistral yolda avtomobillərin hərəkəti tam dayandırılıb, bəzi ərazilərə elektrik enerjisi və təbii qazın verilməsində problemlər yaranıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью