525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Gürcüstanın Avropa İttifaqına qəbul prosesi 2024-cü ildən bəri faktiki olaraq dayandırılıb. Ölkə yalnız nominal olaraq üzvlüyə namizəddir”.
525.az xəbər verir ki, bu barədə Aİ-nin illik genişlənmə hesabatında deyilir.
"Avropa Komissiyası Gürcüstanın Aİ-yə qəbul prosesinin 2024-cü ildən bəri faktiki olaraq dayandırıldığı qənaətinə gəlib", - hesabatda vurğulanıb.
O da qeyd olunub ki, Avropa İttifaqı Şurasının 2024-cü ilin dekabr qərarından və Gürcüstanın geriləməsindən sonra Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq namizəd ölkə hesab edir".
Pərvanə Sultanova