Gürcüstanın ali təhsil müəssisələrində gürcü dilini öyrənmək məcburi olacaq

22.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 22 aprel, AZƏRTAC

Gürcüstan parlamentində bu gün ali təhsil müəssisələrində, xüsusən də ilkin bakalavr pilləsində gürcü dilinin tədrisini məcburi edəcək qanunvericiliyə dəyişiklik təşəbbüsü müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, təşəbbüs hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası tərəfindən irəli sürülüb. Bildirilir ki, "Vahid Milli Hərəkat" Partiyası 2005-ci ildə bu üsulu ləğv edib və gürcü dilinin öyrədilməsi arxa plana keçib.

Hakim komandanın fikrincə, bu, Gürcüstana və gürcü kimliyinə qarşı məqsədyönlü hücumdur. Onlar bildiriblər ki, bu qanunvericilik dəyişikliyi gürcü dilinin populyarlaşmasına təkan verəcək və tələbələrin gürcü dilini və ədəbiyyatını mükəmməl mənimsəməsinə şərait yaradacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью