Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. Aİ-nın Gürcüstanın ixracatındakı payı 10 illik minimuma enib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Bildirilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Aİ ölkələrinə 456 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da keçən ilin göstəricilərindən 25 faiz azdır.
Nəticədə Aİ-nin Gürcüstanın ümumi ixracatındakı payı 8,4 faizə enib.
Müqayisə üçün, 2020-ci ildə bu rəqəm 20,5 faiz, 2015-ci ildə isə 28,3 faiz olub.
Qeyd edək ki, ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.