Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 20 noyabr, AZƏRTAC Aİ-nın Gürcüstanın ixracatındakı payı 10 illik minimuma enib.AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.Bildirilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Aİ ölkələrinə 456 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da keçən ilin göstəricilərindən 25 faiz azdır.
Nəticədə Aİ-nin Gürcüstanın ümumi ixracatındakı payı 8,4 faizə enib.
Müqayisə üçün, 2020-ci ildə bu rəqəm 20,5 faiz, 2015-ci ildə isə 28,3 faiz olub.Qeyd edək ki, ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.
Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.