Gürcüstanın Azərbaycana ixracı 12% artıb

19.05.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-aprel aylarnda Gürcüstanın ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% artaraq 2 milyard 14 milyon dolları ötüb.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstanın ən böyük 3-cü ixrac tərəfdaşından biri olub. Belə ki, ötən 4 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 215.1 milyon dollar təşkil edib.

Bu da illik müqayisədə 12% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.7%-ni təşkil edib.

2024-cü ilin yanvar-aprel ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 191,9 milyon dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью