Gürcüstanın Azərbaycana ixracı 3% dək azalıb

20.10.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 970 milyon 687 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən 9 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 529 milyon 944 min dollar təşkil edib. Bu da illik müqayisədə 2,6% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.3%-ni təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 544 milyon 231 min dollar olub. 

Gürcüstandan idxal isə 440 milyon 743 min dollara bərabər olub. Bu isə 2024-cü ilin 9 ayına nisbətdə 6,4% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 414 milyon 292 min dollar təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью