Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi

26.03.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-dən vəzifəsindən azad olunacaq.

Bakupost.az -ın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə təqdim olunub.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью