Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 12 % artıb

22.01.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il Gürcüstan Azərbaycandan 381,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 12 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 2 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 840 milyon ABŞ dolları, Rumıniyadan 231 milyon ABŞ dolları, Bolqarıstandan 193 milyon ABŞ dolları, Türkiyədən 114 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1 milyard 842 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bunun da 341 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью