Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb

30.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 069,446 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 14,4 % azalaraq 610,992 milyon ABŞ dolları (ümumi ixracın 11,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11,2 % azalaraq 458,454 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.

Yanvar-oktyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 5,5 % artaraq 19 milyard 025,291 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 7,4 % artaraq 5 milyard 468,413 milyon ABŞ dolları, idxalın dəyəri isə 4,8 % artaraq 13 milyard 556,877 milyon ABŞ dolları olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью