Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46% artıb

04.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью