Gürcüstanın Baş naziri ATƏT i ciddi ittiham edib

13.07.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-i Gürcüstanda hakimiyyəti dəyişdirməyə çalışmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ATƏT artıq qeyri-rəsmi təsir altında fəaliyyət göstərən digər Avropa institutları kimi Gürcüstanda hökuməti dəyişdirmək prosesinə açıq şəkildə cəlb olunub.

Baş nazir deyib ki, ATƏT Parlament Assambleyasının Gürcüstanla bağlı qəbul etdiyi absurd qətnamə bu prosesin bir hissəsidir və məqsəd ədalətsiz ittihamlar, sanksiyalar və şantaj yolu ilə Gürcüstanda hökuməti dəyişdirmək və onun yerinə “dərin dövlət”in itaətkar agenturasını qoymaqdır.

Xatırladaq ki, ATƏT PA iyulun 8-də Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью