Gürcüstanın baş naziri ATƏT sədri ilə görüşməkdən imtina etdi

15.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Oxu.Az-ın "Sputnik Gürcüstan"a istinadən xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin bəyanatında məlumat verilib.

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью