Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 10 fevral, AZƏRTAC
İkili standartlar nümayiş etdirən Avropa bürokratiyası Rusiya ilə birbaşa dialoqun zəruriliyi barədə açıq danışmağa başlayıb. Amma rusiyapərəst adlandırdığı Gürcüstan ilə əməkdaşlığa hələlik başlamayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
“Avropa bürokratiyası ikili standartlar nümayiş etdirir. Ümid edirik ki, Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra onlar Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcəklər”, - deyə İ.Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi