Gürcüstanın Baş naziri Avropa Parlamentini SSRİ nin Ali Şurasına bənzətdi

05.06.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avropa Parlamentinin qətnamələri bizi qətiyyən maraqlandırmır. Sovet institutunu xatırladan varsa, o da təəssüf ki, bu gün SSRİ-nin Ali Şurasından heç nə ilə fərqlənməyən Avropa Parlamentidir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Avropa Parlamentində vəziyyətin çox acınacaqlı, narahatedici və faciəvi olduğunu bildirib.

“Ümid edirəm ki, bərpa prosesi və dəyişikliklər ilk növbədə Avropa Parlamentini əhatə edəcək”, - İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, ötən gün Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Gürcüstana dair tənqidi hesabat təsdiqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью