Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib Xəbər saytı Son xəbərlər və Hadisələr

17.01.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

BAKU.WS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью