Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə etdi

28.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Gürcüstanın baş naziri İrakli Kobaxidze UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında Batumidə keçirilən qarşılaşmada baş verən insidentə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, hökumət başçısı Türkiyə ilə dostluq münasibətlərini nəzərə alaraq, təhlükəsizlik risklərinə baxmayaraq, qarşılaşmanın Gürcüstanda keçirilməsinə şərait yaratdıqlarını vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan Türkiyə təmsilçisinə ölkə xaricində dolu tribunalar qarşısında oynamaq imkanı yaradıb. O, başqa ölkədə belə bir imkanın olmayacağını da qeyd edib.

Baş nazir Türkiyədən gələn azarkeşlərin böyük əksəriyyətinin bu təşəbbüsə layiqli münasibət göstərdiyini, lakin bir neçə yüz nəfərin təxribat xarakterli davranış sərgilədiyini iddia edib.

“Onları heç azarkeş də adlandırmazdım”, – deyə Kobaxidze həmin şəxslər barədə fikrini ifadə edib.

Hökumət başçısı Gürcüstanın daxili işlər nazirinə və polis əməkdaşlarına təşəkkür edərək asayişin qorunması istiqamətində üzərlərinə düşən vəzifəni yerinə yetirdiklərini söyləyib. O, həmçinin Gürcüstanda baş verən hadisələrdən siyasi məqsədlərlə istifadə etməyə çalışan şəxsləri tənqid edib.

Xatırladaq ki, “Beşiktaş” Gürcüstan polisinin azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməsini pisləyib. UEFA isə Batumidə baş verən insidentlə bağlı intizam araşdırmasına başlayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью