Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Report" xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 13-15 yanvar tarixlərində keçiriləcək "Əbu-Dabi Dayanıqlılıq Həftəsi"ndə (ADSW) iştirak edəcək.
İ.Kobaxidze Orta Dəhlizlə bağlı tematik paneldə çıxış edəcək.
Bundan başqa, səfər çərçivəsində Baş nazir iri investisiya şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirəcək.