Gürcüstanın baş naziri Beşiktaş Hapoel matçında baş vermiş insidentdən danışdı

28.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"İlk növbədə polislərə və daxili işlər nazirinə təşəkkürlə başlamaq istəyirəm, onlar çox ağır təxribatlar şəraitində asayişi qorumaq, asayişin qorunmasını təmin etmək və təxribatların qarşısını almaq üçün hər şeyi etdilər. Onların hər biri, hər bir polis əməkdaşı bizdən xüsusi təşəkkürə layiqdir".

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin Batumidə "Beşiktaş"- "Hapoel Beer-Şeva" matçında baş vermiş insidentlə bağlı sualına cavab olaraq açıqlayıb.

Hökumət başçısının qiymətləndirməsinə əsasən, bunlar çox ağır təxribatlar idi.

"Təəssüf ki, bu cür hallardan yanlış ritorika və yanlış mesajlar üçün istifadə etməyə çalışan çoxlu insan var, o cümlədən bu da istisna hal olmadı. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu matçın keçirilməsindən söz gedəndə, biz türk dostlarımıza ölkədən kənarda, lakin dolu tribunalarla bu futbol matçını ölkəmizdə keçirmək kimi unikal imkan təklif etdik. Başqa ölkədə onlara belə bir imkan verilməzdi. Biz bunu nəzərə aldıq. Təbii ki, risklərin mövcud olmasına baxmayaraq, biz iki ölkəni - Gürcüstan və Türkiyəni birləşdirən məhz sıx dostluğumuzu nəzərə alaraq bu dostluq jestini etdik. Şadam ki, türk azarkeşlərin əksəriyyəti bizim bu təklifimizi çox ləyaqətlə qəbul etdi və onlar ölkəmizə çox layiqli şəkildə gəldilər. Lakin təxribatçı hərəkətləri ilə seçilən və azarkeş belə adlandıra bilməyəcəyim bir neçə yüz nəfər var idi. Bu, bizim üçün çox məyusedici idi. Azarkeşə bu cür təklif edəndə və onlar buna yanlış hərəkətlərlə cavab verəndə, bu, çox məyusedici olur. Lakin nəticədə polis bizim məsuliyyətimiz olan asayişin qorunmasını təmin etdi və buna görə bir daha bütün polislərə təşəkkür edirəm.

Artıq bütün gürcü təxribatçıları, bu cür hallardan təxribatçı bəyanatlar üçün istifadə edən radikallardan bəhs edirəm, Gürcüstanın maraqlarının maksimum dərəcədə qayğısına qalmağa və təxribatçı, utancverici bəyanatlardan çəkinməyə çağırıram" - deyə baş nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью