Gürcüstanın Baş naziri dövlət başçısının təcrübəsini qəbul edir | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Gürcüstan Azərbaycanın ən yaxın qonşusu və strateji mütəffiqidir.
Gürcüstanda son dövrlərdə baş verən hadisələr, Qərbin sərt müdaxilələri onu çətin vəziyyətdə qoydu.
Amma gürcü xalqı və hakimiyyəti əhalinin iki yerə parçalanıb, düşmən tərəfə çevrilməməsi üçün mümkün olanları etdi.
Təbii ki Gürcüstanda keçirilən parlament seçkilərində də iqtidar partiyası olan “Gürcü arzusu” qalib gəldi.
Hökümətin Baş nazir İrakli Kobaxidzen simasında yenidən qurulması Gürcüstanın kənar müdaxilələrdən qorunması imkanı verdi.
Amma Gürcüstan Baş nazirinin xarici səfərinin ilk bizə etməsi onu göstərir ki, Azərbaycan və Gürcüstan sözün həqiqi mənasında bütün səviyyələrdə münasibətləri qurub, həmçinin bu münasibətlər yüksək səviyyədə inkişaf edir".
Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, tarix boyu hər iki xalq bütün çətinliklərə baxmayaraq, dostluq, mehriban qardaşlıq münasibətlərinə önəm verib: "Təsadüfi deyil ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 mlrd dollar sərmayə qoyub.
Tam oxu
Xəbəri oxu