Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskini ölkə parlamentində nümayişçilərin törətdiyi zorakılığın şəriki adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qerçinski bir gün əvvəl verdiyi açıqlamada Aİ-nin Gürcüstanda nümayişçilərə qarşı zorakılığa dözməyəcəyini bildirərək, “insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara” qarşı sanksiyaların tətbiqi istiqamətində səylərin davam etdiyini bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.