Gürcüstanın Baş naziri polisi səbrli olmağa çağırıb AzPolitika onlayn siyasiictimai qəzet

30.11.2024

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze polis əməkdaşlarını etiraz aksiyalarında güc tətbiqindən çəkinməyə çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı danışan Baş nazir polisi maksimum səbrli olmağı tövsiyə edib:

“Dünən bir neçə kədərli hadisə baş verdi. Bu cür hallar gələcəkdə təkrarlanmamalıdır. Vaxtanq Qomelauri və Daxili İşlər Nazirliyi dünən ABŞ və Avropa standartlarına uyğun hərəkət edərək, konstitusiyaya qarşı ağır hücumu dəf etdilər”, - İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, dünən Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb, 10 hüquq mühafizə nümayəndəsi yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью