Gürcüstanın baş naziri qanunsuz etirazlarla necə mübarizə aparılacağını açıqladı

02.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qanunsuz etirazlarla necə mübarizə aparacağını açıqlayıb.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, hökumətin iclasında danışıb.

Hökumət başçısı müxalifət partiyalarının qeyri-konstitusion elan edilməsi üçün məhkəməyə müraciət ediləcəyini deyib.

"Onlar bu günlərdə Gürcüstanın konstitusiya quruluşuna qarşı açıq çıxış etdilər ki, bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını qeyri-konstitusion elan etmək üçün birbaşa əsas yaradır. Baxaq, proseslərin necə inkişaf edəcəyini gözləyək. Hər şey bizim əlimizdədir", - deyə Kobaxidze bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью