Gürcüstanın Baş naziri: Qərb mediası tamamilə bir əldən idarə olunur

09.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərb mətbuatını sərt tənqid edib. Bildirib ki, Qərb mətbuatı bir əldən idarə olunur və bu fonda bir vaxtlar nüfuzlu nəşrin hər hansı yalanı dərc etməsi heç kəsi təəccübləndirmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “New York Times”ın Giorgi Baçiaşvili ilə bağlı məqaləsinə dair sualı cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, bu cür proseslər Qərb mediasında yaranmış mürəkkəb vəziyyəti nümayiş etdirir.

"Qərb mediası o qədər idarə olunur və senzuraya məruz qalır ki, istənilən yalan asanlıqla dərc oluna bilər. Bununla belə, gürcü cəmiyyəti həqiqəti anlayır və bunun əsasında öz təhlilini aparır", - deyə İrakli Kobaxidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью