Gürcüstanın Baş naziri Zatialiləri cənab İrakli Kobaxidzeyə AZƏRTAC

09.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hörmətli cənab Baş nazir,

Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью