Gürcüstanın beynəlxalq əhəmiyyətli magistral yolda zəncirvari qəza baş verib AZƏRTAC

06.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 6 yanvar, AZƏRTAC

Gürcüstanın beynəlxalq əhəmiyyətli Kobuleti-Batumi dolama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bir neçə avtomobil toqquşub, nəticədə azyaşlılar da daxil olmaqla 8 nəfər xəsarət alıb.

Zəncirvari qəzanın baş verdiyi yerə polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Faktla bağlı araşdırma başlayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью