Gürcüstanın beynəlxalq hava limanlarından 20 dən çox uçuş ləğv edilib

01.03.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 1 mart, AZƏRTAC

Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batumi beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanı Assosiasiyasından məlumat verilib. Bildirilib ki, martın 1-də Tbilisi beynəlxalq hava limanından 17 reys yerinə yetirilməyəcək. Batumi hava limanından isə bu günə planlaşdırılan dörd reys ləğv edilib.

Tbilisi Beynəlxalq Hava Limanından Tel-Əvivə 7 uçuş, Şarja 2, Dubaya 3, Dohaya 3, Əbu-Dabiyə 1 və Küveytə 1 uçuş ləğv olunub. Bundan əlavə, Batumi Beynəlxalq Hava Limanından Təl-Əvivə dörd reys ləğv edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью