Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb | Icma.az
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Oxuməni.az APA-ya istinadən xəbər verir ki, qurumun məlumatında qəzanı törədən 2003-cü il təvəllüdlü sürücünün həbs edildiyi qeyd olunub.
"Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli və Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsi törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç.
həbs olunub. İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisə
Nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb.
İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır", - məlumatda deyilir.
Qeyd edək ki, hadisədən sonra yerli sakinlərlə polis arasında qarşıdurma olub.
Tam oxu
Xəbəri oxu