Gürcüstanın bu ölkələrdəki səfirləri istefa verdi

30.11.2024

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın ABŞ-dəki səfiri Davit Zalkaliani və Niderland Krallığındakı səfiri David Solomonia istefa verib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar.

David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib:

 “İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью