Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Bu gün səhər Gürcüstanın cənub hissəsində ardıcıl iki zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların xüsusilə Samtsxe-Cavaxeti regionunda qeydə alınıb. Məlumata görə təbiət hadisələri arasında 17 dəqiqəlik fasilə qeydə alınıb.
Birinci seysmik hadisə Tbilisi vaxtı ilə saat 08:52-də (Bakı vaxtı ilə eynidir) baş verib. Zəlzələnin episentri Axalkalaki şəhərindən 20 km şimal-şərqdə, Bejano kəndində yerləşib. Seysmoloqların məlumatına əsasən, təkanların maqnitudası 4.2, ocağının dərinliyi isə 15 km təşkil edib.
İkinci zəlzələnin vaxtı isə Tbilisi vaxtı ilə saat 09:09-a təsadüf edib. Bu yeraltı təkanın episentri Axalkalakidən 18 km şimalda, Alatumani kəndi yaxınlığında aşkarlanıb. Zəlzələnin gücü 3 maqnituda, ocağı isə 12 km dərinlikdə olub.